Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər
Krossoverlər dünyanın bir çox ölkəsində ən populyar minik avtomobili növü olaraq qalır. Bu səbəbdən hansı modeli alacağınıza qərar vermək çətin ola bilər.
Lent.az bildirir ki, Car and Driver 2025-ci ilin ən yaxşı krossoverlərini açıqlayıb. Ekspertlər bu modellərin bütün rəqiblərindən üstün olduğunu bildiriblər.
2025-ci ilin 13 ən yaxşı krossoverləri:
1. Honda CR-V
2. Genesis GV70
3. Chevrolet Trax
4. Porsche Macan
5. Hyundai Ioniq 5
6. Kia EV6
7. Mazda CX-50
8. Volvo XC40
9. BMW iX
10. Mazda CX-30
11. Ford Mustang Mach-E
12. BMW X1
13. Buick Envista
Honda CR-V 2025-ci ilin ən yaxşı krossoveri kimi tanınıb. Ekspertlər bu modeli xoş idarəçiliyə, yüksək quruluş keyfiyyətinə və zəngin avadanlıqlara görə yüksək qiymətləndiriblər.
Həmçinin vurğulanıb ki, Honda CR-V rahat oturacaqlar və aşağı yanacaq sərfiyyatı təklif edir. Ekspertlərin fikrincə, bu, bir çox gündəlik işlərin öhdəsindən gələ bilən çox praktik avtomobildir.
Mənbə: Lent.Az