Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Elminfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.