GÜNDƏM

Çinlə Azərbaycan arasında viza nə vaxt LƏĞV EDİLİR…

Çinlə Azərbaycan arasında viza rejiminin ləğvinə hazırlıq gedir. Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş bu ilin aprelin 23-də imzalanıb.

Ancaq sazişin imzalanması hələ vizaların ləğv edilməsi mənasına gəlmir.

Çinə viza nə vaxt ləğv edilir?

Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, saziş barədə qanun layihəsi ötən gün – mayın 26-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə edilib.

Sazişin parlamentin növbəti plenar iclasında – mayın 30-da müzakirə edilməsi gözlənilir. Hələlik iclasın gündəliyi açıqlanmayıb.

Saziş nə vaxt qüvvəyə minir?

Sazişin qüvvəyə minməsi üçün layihə Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənməlidir. Mövcud qanunvericiliyə görə, beynəlxalq sazişlər adətən bir oxunuşda qəbul edilir və imzalanması üçün prezidentə göndərilir.

Deputatlar qanun layihəsini qəbul etdikdən sonra sənəd Azərbaycan Prezidenti İlham Əliyevə göndəriləcək. Prezidentin rəsmi saytında dərc edildikdən sonra Çinlə vizanın ləğvi barədə qanun qüvvəyə minəcək.









Mənbə: Turkustan.Az