AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Coğrafiya İnstitutunun nümayəndəsi su ehtiyatları ilə bağlı dəyirmi masada iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natavan Cəfərova Fransa Azərbaycan Universitetinin (UFAZ) su ehtiyatları ilə bağlı qlobal çətinlikləri müzakirə etmək məqsədilə mütəxəssisləri bir araya gətirən panel müzakirəsində iştirak edib.

Elminfo.az science.gov.az-a istinadən xəbər veir ki, tədbirdə iştirak edən UFAZ-ın Baş katibi Yelizaveta Bidanova, icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, eləcə də meneceri, SOCAR və “Sustainera Solutions” şirkətlərinin, BDU-nun və Coğrafiya İnstitutunun nümayəndələri çıxış ediblər.

Dəyirmi masada UFAZ tərəfindən təklif edilən magistr proqramları haqqında qısa məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Müzakirə tələbələri və ictimaiyyəti su ehtiyatları ilə bağlı məsələləri həll etməyə qadir olan, bu sahədə əvəzolunmaz mütəxəssislər kimi fayda verməyə təşviq edən bir çağırışla sona çatıb.