ELMİ ANONSLAR

Deputat: Cəmiyyətdə müəllimə həddindən artıq yüklənilir

Cəmiyyətdə müəllimə həddindən artıq yüklənilir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, son günlər davamlı olaraq Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar dərc olunur:

“Bölgələrdən birində müəllimə üzük bağışlanması hadisəsi olub. Bəllidir ki, müəllim qaydalara uyğun davranmalı, rüşvət almamalı, qaydaları pozmamalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi? Mətbuat müəllimin nüfuzunu qorumalıdırlar. Bir müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır”.

Deputat qeyd edib ki, hazırkı dönəmdə cəmiyyət müəllimə həddindən artıq yüklənib:

“Müəllim rüşvət ala bilməz, qaydalara əməl etməlidir və s. Davamlı olaraq, müəllimin hədəfə alınması, müəllim tədris prosesindəki fəaliyyətinə, onun psixoloji durumuna ciddi təsir edir. Son hadisə göstərdi ki, müəyyən təşəbbüslər valideynlər tərəfindən olur. Valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır”.

Mənbə: Report.Az