Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib
Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.
Elminfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.
Forum çərçivəsində elm və təhsil naziri, həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Baranla görüş keçirib.
Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.