GÜNDƏM

Əjdər Ağayev “Müəllim himni”

Elminfo.az xəbər verir ki, Azərbaycan pedaqogika elminin inkişafında mühüm rol oynayan Əjdər Ağayevinin  “Müəllim himnini” yazması ilə müəllimliyə nə qədər önəm verdiyini sübut etdi. Həmin himn ilk dəfə 1989-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında Respublika sarayında Birləşmış Müəllim Xorunun ifasında səslənmişdir.

Ömrümüzü şam kimi əridib gilə-gilə,

Böyüyən nəslimizi hazırlarıq həyata!

Gözümüzün nurunu bəxş edib doğma elə

Çatmışıq azadlığa, dirçəlişə, büsata.

 

Vətənin yüksəlişi istiqlal amalımız,

Ucalır əlimizdə üçrəngli bayrağımız.

Dünyanın sirlərini öyrədirik həvəslə,

Azərbaycan – sevgimiz, dövlətimiz – gücümüz!

 

Mübarizə əzmində, yüksəliş yolundayıq,

Vətən üçün layiqli övladlar bəslərik biz.

 

Hər məktəb elm ocağı, hər müəllim bir işıq,

Hər şagird, hər tələbə yurdumuzun sərvəti,

Elmin dərinliyinə baş vurub güc almışıq,

Canımız tək sevirik bu müqəddəs sənəti!