GÜNDƏM

Əkbər Qoşalının yazıları Türkiyə və Qazaxıstanda yayımlanıb

Azərbaycanlı yazar Əkbər Qoşalının Türk Dünyası Araşdırmaları Vəqfinin İstanbulda çıxan ünlü “TARİX” (Türk dünyası tarix, mədəniyyət) dərgisinin yeni sayında “Nə üçün Xocalı?” adlı (“Neden Hocalı?”) yazısı yayımlanıb.
Adından da göründüyü kimi, yazı Ermənistan və havadarlarının törətdiyi Xocalı Soyqırımından bəhs edir.
Yazar Xocalının timsalında Qarabağ (ümumən Azərbaycan) həqiqətlərindən söz açıb.

Qardaş Qazaxıstanın (ümumən Türküstanın) ən tirajlı qəzeti olan “Egemen Qazaxıstan” (“Egemen Qazaqstan”) isə bir qədər öncə, Əkbər Qoşalının “Birlik bizim ümumi dəyərimizdir” adlı yazısını yayınlamışdı. Bu yazıda Türk dünyasının “Ortaq keçmişdən ortaq gələcəyə” götürən mədəniyyət iqliminə, türk birliyinin alternativlərin ən yaxşısı olduğuna vurğu edilib.

https://www.turkustan.az/news/culture/79197