“Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda yeddinci təlim uğurla keçirildi – FOTOLAR
10 iyun 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində sayca yeddinci təlim uğurla başa çatdı.
QHT.az xəbər verir ki, tədbiri layihə rəhbəri Qubad Qasımov açaraq iştirakçılara layihənin məqsədləri və bu mərhələyə qədər görülən işlər barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, bu artıq layihənin yeddinci təlim mərhələsidir və proqram yekunlaşmaq üzrədir. Təlimin sonunda iştirakçıların əl işlərindən ibarət sərgi-satışın keçirilməsi planlaşdırılır. Təlimin 1-ci qrup üzrə əlilliyi olan şəxslər arasında əməkdaşlıq daha da gücləndi. Bəzi iştirakçılar çanta toxuma texnikasını artıq yaxşı mənimsədiklərindən, digər yoldaşlarına kömək etmək təşəbbüsünü öz üzərlərinə götürdülər. “İcazə versən, sənə kömək edim” və ya “Mən də əvvəl belə çətinlik çəkirdim, amma indi bacarıram” kimi empatiya dolu ifadələr eşidildi. Bu, həm sosial həmrəylik, həm də liderlik bacarıqlarının formalaşdığını göstərir.
Əvvəllər tez yorulan və diqqəti dağınıq olan uşaqlar bu dəfə daha uzun müddət fokuslana bildilər. Təlimin əvvəlində “Mən bacara bilmərəm” deyən uşaqlar artıq sərbəst şəkildə işləyirlər. Onlar başladığı işi sona çatdırmaq üçün əzmlə çalışır, texniki səhvlərə emosional reaksiya vermədən onları düzəltməyə cəhd edirlər. Bu, emosional tənzimləmə və dözümlülüyün artmasına işarədir. Estetik baxımdan da irəliləyişlər müşahidə olunub. Təlim iştirakçıları ip, düymə və muncuq kimi bəzək materiallarından daha məqsədyönlü şəkildə istifadə etdilər. Məsələn, Nərgiz Məmmədzadə çantasının bir hissəsini simmetrik, digər hissəsini isə asimmetrik toxuyaraq fərqlilik yaratdı. Bu cür fərdiləşdirmə yaradıcılıq potensialının artdığını göstərir.
Dərsin sonunda əlliyi olan şəxslər bir-birinin işlərinə hörmət və maraqla yanaşdılar. “Səninkini çox bəyəndim, o rənglər bir-birinə yaxşı gedir” kimi ifadələr empatiya və müsbət münasibətlərin artıq təbii bir hala gəldiyini nümayiş etdirdi. 2-ci qrup üzrə əlliyi olan şəxslər işə yanaşması daha fərdi və mənalı idi. Onlar çanta hazırlığı zamanı istifadə etdikləri bəzəklərlə şəxsi simvollar yaratmağa çalışdılar. Məsələn, sevdiyi heyvanın formasında naxış düzən və ya ailə üzvünün adının baş hərfini toxuyan uşaqlar oldu. Bu, onların mənlik hissinin və özünüifadə bacarığının artdığını göstərir.
Texniki baxımdan da irəliləyişlər nəzərə çarpır. Təlim iştirakçıları əvvəlki dərslərdə öyrəndikləri texnikaları birləşdirərək yeni düyün formaları və hörmə dizaynları yaradırlar. Mən isə daha çox müşahidəçi və istiqamət verici roldayam; onlar isə fikirlərini sərbəst şəkildə reallaşdırmağa çalışırlar.
Fotolar
Mənbə: Turkustan.Az