Elm və Təhsil Nazirliyi tərəfindən foto-video müsabiqəsinə start verilir
Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinə start verilir.
“Report” xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Müsabiqə sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə həyata keçirilir.
Mənbə: Report.Az