GÜNDƏM

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaş qəbulu keçirib.

Elminfo.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.