Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti yaradılıb
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Elminfo.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar 146 – 9 xətti vasitəsilə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na dair suallarına cavab ala bilərlər.