ELMİ DİİASPORA AA

Elmə məlum ən kiçik ulduz kəşf edilib

 Alimlər elmə məlum olan ən kiçik ulduzu kəşf ediblər. Kəşf edilmiş ulduz Yer kürəsindən sadəcə 7 dəfə böyükdür və o, Günəş sistemindən 2760 işıq ili uzaqlığında yerləşən ikili ulduz sistemində ağ cırtdan (ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar) ətrafında dövr edir. Bu cür ulduzların mövcudluqları ilk dəfə 20 il bundan öncə çinli alimlər tərəfindən proqnozlaşdırılmışdı. İndi isə bu, praktiki müşahidə vasitəsilə sübut edilib.
     J0526B adlı ağ cırtdan ilə J0526A adlı subcırtdandan təşkil edilmiş ikili ulduz sisteminin parlaqlığı olduqca aşağıdır. Buna görə də bu ikili ulduz sisteminin ən kiçik ulduzunu müşahidə etmək olduqca qəlizdir. Lakin J0526B-nin parlaqlığındakı dəyişiklik hesabına alimlər ən kiçik ulduzun kütləsini və dövretmə müddətini hesablaya biliblər. Məlum olub ki, hər iki ulduz ümumi kütlə mərkəzi ətrafında tam dövrü 20 sutkaya reallaşdırırlar. J0526B-nin kütləsi 0.03 Günəş kütləsinə bərabərdir. J0526A adlı ən kiçik ulduzun kütləsi isə Saturnun kütləsindən bir qədər azdır. İndiyənə kimi bu cür kütləyə sahib ulduza rast gəlinməmişdi.
technote.az