Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib
Tarixi torpaqlarından qovulan zaman hüquqları pozulan Qərbi azərbaycanlıların problemləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırırıq. Onların qarşısında konkret istəklərimizi bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
O deyib ki, İcma səsini beynəlxalq müstəviyə çıxara bilib: Xüsusilə, bu yaxınlarda mayın 4-5-də İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilatın üzvü olan 57 dövlət Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıtmaq hüquqlarını tanıyıb. Biz belə münasibəti beynəlxalq təşkilatlardan, xüsusilə, BMT-nin qurumlarından da gözləyirik”.