FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
Bu ilin noyabrın 22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycana regionun perspektivi baxımından təcrübələrini ortaya qoymağa və bölüşməyə imkan verəcək.
Elminfo.az “Reporta” istinadən xəbər verir ki, bu açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
FAO rəsmisi deyib ki, bu, həm də Azərbaycanı iqlim dəyişikliyinə uyğunlaşma sahəsində qlobal liderə çevirəcək: “Bu, 2024-cü ildə Azərbaycan üçün ən yaxşı hadisələrdən biridir. COP29 çərçivəsində, həmçinin Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək”.
M. Hayat qeyd edib ki, COP29-da BMT-dən iştirak ən yüksək səviyyədə olacaq: “COP29 Azərbaycan üçün qlobal iqlim dəyişikliyi danışıqlarında və müzakirələrində əhəmiyyətli oyunçu olmaq üçün böyük fürsətdir”.