ELMİ DİİASPORA AA

Fransanın Ermənistan üzərindən Qafqaz marağı və… – AÇIQLAMA

Bildiyiniz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfər edib. Səfər zamanı iki dövlət arasında ittifaq müqaviləsi imzalanıb və Fransanın Ermənistanı silahlandırması haqqında bəyanatlar verib.

Fransa-Ermənistan arasında ittifaq müqaviləsinin imzalanması və Ermənistanın hərbi gücünün artılmasının arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Sosial Tədqiqatlar Mərkəzinə yeni mətbuat xidməti rəhbəri təyin edildi –  Yeni Çağ Media

Ə.Əlibəyli bildirib ki, “Fransanın səbəbi konkretdir: bölgəyə gəlmək istəyir. Bu silahlardan sonra ordusunu da göndərmək istəyir. Fransanın düşüncəsi Qafqazda əsas oyunçulardan birinə çevrilməklə Yaxın Şərqdə prosesləri coğrafi və hərbi baxımdan hədəfə çevirməkdir.

Məncə, burada paradiqma Ermənistan, İran və Fransa arasında əməkdaşlığın qurulmasıdır. Tezliklə görəcəyik ki, Rusiya Türkiyə və Azərbaycan əlyehinə yaradılmış hərbi ittifaqın bir hissəsidir. Eyni zamanda, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Fransada verdiyi bəyanatda bunu təsdiqləyir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az