Gürcüstanda “Qafqaz evi” ideyası mövzusunda beynəlxalq tədbir keçirilib
15 iyun 2024-cü il tarixində Tbilisi şəhərində “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirdiyi ““Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində beynəlxalq tədbir baş tutmuşdur.
Tədbirdən əvvəl, iştirakçılar, səfir Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev başda olmaqla, səfirliyinin əməkdaşları ilə birgə 15 iyun Milli Qurtuluş Günü nümansibəti ilə Ümumilli Lider Heydər Əliyevin Tbilsinin mətkəzində ucaldılmış heykəlini ziyarət etmiş, əklil qoymuşlar.
Tədbiri giriş nitqi ilə açan M. F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyini direktoru Leyla xanım Əliyeva, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd N. Abbasbəyli iştirakçıları salamlayaraq nitqində layihənin məqsədi və görülən işər barədə məlumat vermiş, layihənin, o cümlədən tədbirin həayat keçirlməsində əməyi keçə hər kəsə- işçi heyətə, ekspertlərə və s. minnətdarlıq bildirdilər.
Daha sonra ekspertlər Əhməd N. Abbasbəyli “Qafqaz evi” ideyasının tarixi, İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülh və təhlükəsiziliyə təsiri” mövzularında çıxış etmişlər. Tədbirdə, həmçinin layihə çərçivəsində üç dildə hazırlanmış və çap edilmiş “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabının təqdimatı keçirilmişdir.
Dəyirmi masa işini iştiarkçıları Gürcütanın elm xadimləri, tanınmış ictimai-siyasi təmsilçilər, Gürcüstandakı Azərbaycan icmasının üzvləri, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ikinci katibi Ramiz Hacızadə və digərləri arasında müzakirələrlə davam etdi, suallar cavablandırıldı. İştirakçılar mövzu ətrafında çıxış edərək, mövzunun aktuallığını, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükzəusliyi baxımından əhəmiyyəti vurğulamış, görüləcək işlər və problemlətr bbarədə öz fikirlərini bölüşmüşlər.
Sonda təbri iştirakçılarına və Gürcüstanın ictimai-siyası təşkilatlarına “Qafqaz evi” regionda sülh və təhlükəsizlik ideyası” kitabı hədiyyə edilmişdir. Məqsəd həmin təşkilatlar vasitəsi ilə kitabın, həmçinin təşəbbüsün regionda yayılmasına nail olmaqdır.