ELM VƏ TƏHSİL

Hafiz Paşayev: Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır

Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev sentyabrın 9-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir: “Bunun üçün xaricdə yaşayan azərbaycanlı alimlərin də öhdəsinə rol düşür. Xüsusilə dəqiq elmlərlə bağlı mənim narahatlığım var”.