elminfo.az xəbər verir ki, 9 may 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzi (BDM) və Dərələyəz İcmasının birgə təşkilatçılığı ilə BDM-in ofisində “Heydər Əliyev irsi və Qərbi Azərbaycana qayıdış: diasporun rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Dərələyəz İcmasının üzvləri, rayon nümayəndəliklərinin rəhbərləri, BDM-in Gənclər və Mədəniyyət Departamentinin üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev öncə qonaqları salamladı və bu günə qədər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
İsmayıl Ağayev çıxışında tədbirin əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən bu görüşün məqsədindən bəhs etdi. O, Heydər Əliyevin işıqlı siyasəti, dövlətçilik baxışları və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı istiqamətində atdığı mühüm addımlardan danışdı. Ağayev diaspor fəaliyyətinin də Ulu Öndərin siyasi kursunda əsas istiqamətlərdən biri olduğunu vurğuladı. Xüsusi olaraq qeyd etdi ki, bu gün Qərbi azərbaycanlıların öz hüquqları uğrunda apardıqları mübarizə məhz Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasətinin nəticəsidir.
Dərələyəz mahalının Keşkənd rayonu üzrə İcma sədr müavini, iş adamı Məhəmməd Rəsuloğlu tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış prosesində diaspor təşkilatlarının birləşdirici və istiqamətverici rolunu xüsusi qeyd etdi.
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev çıxışında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının tarixi ədalətin bərpası olduğunu bildirdi. O, bu istiqamətdə Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü fəaliyyətin – hüquqi müstəvidə təşəbbüslər, ictimai məlumatlandırma kampaniyaları və dünya ictimaiyyətinə müraciətlərin – Heydər Əliyev siyasətinə sədaqətin və milli birliyin göstəricisi olduğunu vurğuladı.
Daha sonra söz digər çıxışçılara verildi:
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İstisu İcmasının sədri Alı Safolu (Alıyev), “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, Gabud kəndindən olan Nazir Əhmədli, BDM sədrinin birinci müavini, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, dr. Ceyhun Ağayev, Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyinin sədri Ələmdar Nəbiyev, Nizami rayon İcmasının sədri Xəqani Səfərov, Qərbi Azərbaycan İcmasının tərkibində olan Heydərli icmasının sədri, ehtiyatda olan polkovnik Oruc Əliyev,
Paşalı rayonunun Gomur kənd icmasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, Terp İcmasının Nəzarət-Təftiş Komissiyasının rəhbəri Abbas Ağamirzəyev, BDM-in Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd Amağu icmasının sədri Elmira Hüseynova, BDM Gənclər Departamentinin sədri Ramal İsmayılov,
Paşalı rayonunun Gabud kənd icmasının sədri Tural Abbasov, Paşalı rayonunun Köçbəy kənd icmasının sədri Akif Şirəliyev, Filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Eldar qızı Həsənova, Dərələyəz İcmasında Arınc-Bulaqlar icmasının sədri Mehdiyeva Xatirə Eyvaz qızı, Siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi,
Qərbi Azərbaycan Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Urud kəndindən olan və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal üzvü, Qarakilsə rayon icmasının sədr müavini Abdullayeva Rəhilə Abdulla qızı, Azərbaycan diasporunun fəal üzvü Kazımova Südabə,
Hors icmasının sədri Rüstəm müəllim, Qarakilsə rayonunun Erefse kənd icmasının sədri və Zəngəzur TV Agentliyinin baş direktorunun müavini Gülməmmədova Svetlana Məmməd qızı, Bakı şəhəri 151 nömrəli tam orta məktəbin direktor müavini və direktor əvəzi Dünyamalıyeva Həyat Novruz qızı,
Abşeron rayonu Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktor müavini-təşkilatçısı Məmmədzadə Samirə Novruz qızı, Zəngəzur mahalının Qarakilsə rayonu Urud kəndindən olan Abdullayeva Leyla Abdulla qızı, BDM Gənclər Departamentinin fəal üzvləri və BDM TV əməkdaşları:
Taryel İsmayılov, Ömər Abdullayev, Liman Məmmədov, Miri Miriyev və digər çıxış edənlər – icma sədrləri, alimlər, ziyalılar və diaspor nümayəndələri – Ulu Öndər Heydər Əliyevin milli ideologiyasına sadiqliyin və onun siyasi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etdilər.
Onlar Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi, tarixi yaddaşın yaşadılması və qayıdış ideyasının reallaşması üçün birgə fəaliyyətin zəruriliyini xüsusi vurğuladılar.
Tanınmış müğənni Rəşad İdrisoğlu tədbirdə çıxış edərək vətənpərvərlik ruhunda ifaları ilə tədbirə bədii və emosional çalar qatdı.