YAZARLAR

Heyvanlara həsr olunmuş yeni hekayə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova  “Təbiətə valeh olanlar” lahiyəsi çərçivəsində yeni hekayəsini balaca oxuculara təqdim etdi.
“Etibarlı canavar”  fantastik hekayə yazıçının balaca oxuculara hədiyyə etdiyi yeni yazdığı hekayədir. Hekayədə təbiətin gözəl təsviri oxucuda təbiət gözəlliyinə sevgi, canlılarına qarşı mərhəmət hissi yaradır. Canavar balası böyüdükcə Saranın əsl dostuna çevrilir,amma bir gün dostlar ayrılmalı olurlar. Dostundan ayrılarkən Sara üçün çox çətin olsa da, o başa düşür ki, canavarın yeri meşədir. Canavar sonralar qızı xilas edir. Canavarın etibarlığına görə əsər “Etibarlı canavar” adlandırılır.

Balacalar hekayəni bu keçiddə oxuya bilərlər:
https://drive.google.com/file/d/1-NUItaB1jz9ZdsYTXPJ8RCqgsHgKbJJg/view?usp=sharing

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir