Həftəsonu bank kartlarından 16 min manata yaxın oğurluq olub
“Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”
Həftəsonu bank kratlarından 16 min manata yaxın pul oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, – məlumatda qeyd olunub.
Mənbə: Turkustan.Az