GÜNDƏM

İflas edən “Cənubi Qafqaz Planı”: Rusiya qəzəbini azərbaycanlılardan çıxır? – ŞƏRH

Günlərdir davam edən Rusiya-Azərbaycan gərginliyi artıq münasibətlərdə ciddi şəkildə çatlar əmələ gətirib. İddialara görə Rusiya Zəngəzur məsələsi ilə bağlı qəzəbəni Rusiyada yaşayan Azərbaycan vətəndaşlarından çıxmaq qərarına gəlib. Ölkəsində yaşayan azərbaycanlı iş adamlarına hücum etməklə nəyəsə nail olacağını düşünür.

Təbii ki, dünyanın harasında olursa, olsun Azərbaycan vətəndaşlarının təhlükəsizliyi Azərbaycan dövləti üçün ən önəmli amilllərdən biridir. Vətəndaşımıza qarşı atılmış addım ölkəmizi hədəf almaq deməkdir. Ona görə Azərbaycan tərəfi də Rusiyaya adekvat cavablar verməkdədir.

Maraqlıdır görəsən, Rusiyanı Azərbaycana qarşı qıcıqlandıran nə oldu? Rusiya ölkəmizə qarşı düşmənçilik etməyi artıq gözə alıb? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Rusiya ilə Azərbaycan arasında belə bir vəziyyətin olması əslində 2023-cü il antiterror əməliyyatından sonra bölgədə dəyişən vəziyyətdir. Rusiya qoşunlarının buradan çıxarılması ehtimalı buna aiddir. Təbii ki, Rusiya daxilində bəzi qruplar var ki, onlar açıq şəkildə azərbaycanlıların və digər postsovet məkanı olan şəxslərin, miqrantların orada fəaliyyətini qəbul etmək istəmirlər. Əslində bir şovinizm siyasətini həyata keçirilirlər. Bura Azərbaycanın artan mövqe məsələsi də daxildir. Çünki, Azərbaycan Cənubi Qafqazda artıq bir əsas mövqe sahibinə çevrilir. Belə bir vəziyyətdə mövqemizin bu yerə qədər gəlib çıxması əlbəttə ki, Rusiya üçün xoş deyil. Rusiya istər çar dövründə, istər SSR dönəmində, istərsə də indi olsun hər zaman istəyib ki, digər xalqlar onun tabeliyində qalsın. Anlamır ki, artıq Azərbaycan da, dövr də, şərtlər də dəyişib. Vəziyyət artıq çox fərqlidir. Belə cılız hərəkətlərlə Rusiya heç nəyə nail ola bilməyəcək. Azərbaycanlılara qarşı bu cür vəhşiliklərin edilməsi dövlətimiz, xalqımız tərəfindən heç də xoş qarşılanmadı. Düşünürəm ki, dialoq yolunu seçmək lazımdır və eyni zamanda Rusiya- Azərbaycan arasında 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannəməsinin ruhuna zidd addımlar atmaq Rusiyanın özünə sərf etməz. Bu məsələləri yoluna qoymadan münasibətlərin normallaşmasından danışmaq çətindir.

Aytən Yaşar/ Turkustan.az









Mənbə: Turkustan.Az