İrəvan Kamil Zeynallının qisasını belə aldı – Qəribə addım
“Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfəri zamanı bu ölkənin KTMT-dəki fəaliyyətinin dondurması barədə açıqlama verdi. Bu açıqlama Ermənistanın faktiki olaraq təşkilatdan çıxması demək deyil, lakin buna gedən mərhələ kimi dəyərləndirmək olar”.
Turkustan.az xəbər verir ki, bu barədə tarixçi Tural Həmid danışıb.
O xatırladıb ki, rəsmi İrəvan Moskvanın Kamil Zeynallını azadlığa buraxmasının nəticələri olacağını demişdi:
“Ermənistan onsuz da son vaxtlar KTMT-nin heç bir toplantısında iştirak etməyib. Lakin rəsmi şəkildə deyilən bu qərarın əsas səbəbi Kamil Zeynallının buraxılması ola bilər. Bu açıqlamadan bir gün əvvəl Mqer Qriqoryan Rusiyanın Zeynallını buraxmasının ciddi nəticələri olacağını bildirmişdi”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulduğunu deyib./Globalinfo.az