TEXNOLOGİYA

İşlənmiş ən yaxşı 10 BMW avtomobili – SİYAHI

Sürücülər BMW avtomobillərini idman xarakterinə və xoş idarəetməyə görə qiymətləndirirlər. Həmçinin, bu istehsalçının modelləri yüksək səviyyədə rahatlıq təklif edir. Ancaq bu avtomobillərin hamısını almağa dəyər deyil.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  ən yaxşı işlənmiş 10 BMW avtomobili müəyyən edilib. Ekspertlərin fikrincə, bunlar çox etibarlı modellərdir.

İşlənmiş ən yaxşı 10 BMW avtomobili:

1. BMW 3 Series

2. BMW 5 Series

3. BMW 1 Series

4. BMW 4 Series

5. BMW X3

6. BMW 4 Series Gran Coupé

7. BMW X1

8. BMW M140i

9. BMW i8

10. BMW iX3

Reytinqin lideri yeddinci nəsil BMW 3 Series modeli olub. Bu model bir çox rəqiblərini üstələyir.

Ekspertlərin fikrincə, BMW 3 Series xoş idarəetmə və rahat məlumat-əyləncə sistemi təklif edir.

Bu model həm də zəngin avadanlıqları ilə təriflənib.

İkinci yeri yeddinci nəsil BMW 5 Series tutub. Bu, rahat asma və geniş salon təklif edən daha böyük modeldir.

Üçüncü yeri ikinci nəsil BMW 1 Series tutur. Ekspertlər bu kompakt hetçbekin çox etibarlı və öz sinfində ən yaxşı məlumat-əyləncə sisteminə malik olduğunu bölüşüblər.

Mənbə: Lent.Az