İsrail genişmiqyaslı müharibə hazırlığına başladı: Tramp buna icazə verəcək? – ŞƏRH
Dünya bu gün bir xəbərlə çalxalandı. Belə ki, ABŞ bəyan etdi ki, İsrail İrana hücuma hazırlaşır, ancaq bu işdə ona ABŞ dəstək deyil və olmayacaq. İsrailin baş naziri Benyamin Netanyahu da bu axşam təhlükəsiz toplantısı keçirəcək və durumu müzakirə edəcək.
İran isə bildirib ki, İsrailin bizə hücum edəcəyi xəbərini qonşu ölkədən almışıq, ancaq qətiyyən bu bizi qorxutmur, İsrail hücum edəcəksə, cavabını da alacaq. Bu ölkələrin anlaşa bilmədiyi mövzu isə nüvə məsələsidir. Hansı ki, bu silahın istifadəsi yüz minlərlə, hətta milyonlarla insanın dərhal həlak olması, radioaktiv çirklənmə nəticəsində uzunmüddətli xəstəliklər və ölüm hallarının artması, insanların şikəst qalması, atmosferin dəhşətli dərəcədə çirklənməsi və bu kimi dəhşətli hadisələrin baş verməsinə səbəb olacaq.
İsrail İran arasında toqquşmanın başlaması nə dərəcədə realdır? Ümumiyyətlə bu müharibənin başlaması dünyamız və bölgəmiz üçün hansı təhlükələrə yol aça bilər? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Turab Rzayevə ünvanladıq.
Turab Rzayev
Baxmayaraq ki, ABŞ-İran arasında nüvə danışıqları hələ ki, uğursuz davam edir, ancaq ABŞ lideri İrana qarşı hərbi əməliyyatların əleyhinədir.Kəskin ritorika ortaya qoyub ki, hərbi əməliyyatlara icazə verməyəcək. Məlumdur ki, son günlər Avropa İttifaqında Netanyahuya qarşı təzyiqlər artır. İsrail Böyük Britaniya, Yeni Zelandiya kimi böyük müttəfiqlərin itirmək üzrədir. Belə ki, Böyük Britaniya və daha dörd ölkə – Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç – İsrail hökumətində yer alan iki ifrat sağçı nazirə qarşı sanksiyalar tətbiq etdiklərini açıqladı.Digər tərəfdən Trampı məcbur etdilər ki, İsrailə dəstəkdən əl çəksin. Tramp kabinetində İsrailyönlü məmurları işdən uzaqlaşdırır. Eyni zamanda son günlər Netanyahu ilə sıx əlaqələri olan Tramp onu açıq şəkildə tənqid edir. Ondan dərhal hücumları, əməliyyatları dayandırmağı, humanitar yardımları açmağı tələb edir.Bütün bunlar göstərir ki, belə bir siyasi təzyiq altında İsrailə yeni müharibəyə başlamağa icazə verməyəcəklər. Əgər bu müharibə başlasa belə, ABŞ və Britaniya bunu dəstəkləməyəcək. Bu müharibə İsraili daha da zədələyə bilər. Avropa ölkələr İsrailə qarşı birləşə bilər. Ona görə indiki halda müharibənin başlanması üçün real bir səbəb yoxdur. Müharibə o vaxt başlaya bilər ki, Rusiya və Ukrayna çox çıxılmaz bir vəziyyətə düşsün və İranın əli ilə yeni bir cəbhə açmağa çalışsın. İndiki halda hələ ki, buna ehtiyac yoxdur.
Aytən Yaşar/ Turkustan.az
Mənbə: Turkustan.Az