GÜNDƏM

İsraildən yeni həmlə: Bütün piyada və zirehli briqadaları Qəzzaya yerləşdirir

İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, hazırda Qəzzada Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci zirehli briqadaların qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olan hərbçilər var.

“The Times of Israel” qeyd edir ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir.









Mənbə: Turkustan.Az