İyunda hava necə olacaq? – PROQNOZ
“İyun stabil aylar sırasında olduğuna görə qeyri-sabit hava şəraiti nisbətən səngiyəcək. Ancaq yenə də gələn ay havanın 10-15 faiz ehtimalla qeyri-sabit keçməsi gözləniləndir”.
Turkustan.az xəbər verir ki, bunu apa.az-a açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
“İyunda sel, daşqın hallarının baş verməsi ehtimalı var. Orta statistik rəqəmlərə əsaslanaraq deyə bilərəm ki, sel-daşqın ehtimalı dağlıq və dağətəyi rayonların payına düşür. Müvəqətti yağıntılar intensiv olarsa, çaylarda sululuğun artmasına gətirib çıxaracaq”,- o bildirib.
Mənbə: Turkustan.Az