GÜNDƏM

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri “rəyçi” sertifikatı ilə mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri kimya elmləri doktoru, professor Salahova Elza “Electrochimica Acta – jurnal”ın nüfuzunun artırılmasına böyük dəstək verdiyinə görə “rəyçi” sertifikatı ilə mükafatlandırılıb.

Professor Elza Salahovanın 2023-cü ildəki fəaliyyəti jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilib və onlar öz təşəkkürlərini bildiriblər.