ELM VƏ TƏHSİL XƏBƏRLƏRİ

Lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir.

Bakuplus.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.

Qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – sy.edu.az vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.

Əlavə məlumat və texniki dəstək üçün sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət etmək mümkündür.

Qəbul prosesi həyata keçirilən müəssisələr: 

  1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
  2. Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
  3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
  4. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
  5. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  6. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
  7. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
  8. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
  9. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
  10. Bakı şəhəri, Texniki humanitar lisey;
  11. Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
  12. Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;
  13. Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;
  14. Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;
  15. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
  16. Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
  17. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
  18. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
  19. Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey;
  20. İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;
  21. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  22. Naxçıvan şəhər, Qızlar liseyi;
  23. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
  24. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  25. Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
  26. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
  27. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
  28. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
  29. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

  1. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
  2. Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
  3. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
  4. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
  5. Masallı şəhər, “Dəfinə” məktəb-liseyi;
  6. Beyləqan şəhər, Humanitar fənlər təmayüllü lisey;
  7. Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;
  8. Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
  9. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:

Lisey və gimnaziyalara qəbul qaydaları

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:

25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə qəbul

26 iyun 2025-ci il – 6-cı siniflərə qəbul

27 iyun 2025-ci il – 5-ci siniflərə qəbul.

Mənbə: BakuPlus.Az