ELMİ DİİASPORA AA

“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək

2024-cü il may ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək.

Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:

– Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;

– Məqalə  A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;

– 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;

– Ədəbiyyat siyahısı əlifba üzrə;

– İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 1 may 2024-cü il tarixinədək  fuzuli.konfrans@mail.ru elektron ünvanına göndərilməlidir.

science.gov.az