Mahmud Kaşğari “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
28 iyun 2024-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Mahmud Kaşğari “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
I bölmə. Mahmud Kaşğari “Divan”ı və türk dillərinin tarixi qrammatikası
II bölmə. Mahmud Kaşğari “Divanı” və onomasitika məsələləri
III bölmə. Mahmud Kaşğari “Divan”ı və lüğətçilik ənənələri
IV bölmə. Mahmud Kaşğari “Divan”ı və müasir türk dilləri
MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ
– Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;
– Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1,15 interval ölçü ilə;
– 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;
– Ədəbiyyat siyahısı əlifba üzrə;
– İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.
Konfransda iştirak etmək üçün məqalələr 25 may 2024-cü il tarixinədək konfrans.kashqari@mail.ru elektron ünvanına göndərilməlidir.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.