Milli Məclisin Komitə sədri Elman Cəfərlini təbrik etdi – FOTO
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlini 50 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda yubilyarın vətəndaş cəmiyyəti institutlarındakı fəaliyyətinə və töhfələrinə vurğu edilib:
“Hörmətli Elman müəllim,
Sizi qarşıdan gələn 50 illik əlamətdar yubileyiniz ilə bağlı səmimi qəlbdən təbrik edirəm! Çox şadam ki, bu ilki yubileyinizi doğma Ağdamın, bütün Qarabağın azad edilməsinin beşinci ildönümü və “Böyük Qayıdış” proqramının uğurlu icrasının sevinci içində keçirirsiniz.
Siz vətəndaş cəmiyyəti, eləcə də, media sahəsində illərdir ardıcıl və ictimai dəyər yönümlü fəaliyyət göstərirsiniz.
Həyat və fəaliyyət yolunuz, pedaqoji fəaliyyətdən media sahəsinə, jurnalistikadan ekoloji və sosial maarifləndirmə layihələrinə, vətəndaş cəmiyyəti təşəbbüslərindən dövlət qurumları ilə səmərəli əməkdaşlığa qədər geniş əməli fəaliyyət sahələrini əhatə edir.
Sizin uzun illərdir, ölkəmizdə ictimai şüurun formalaşması, milli-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyəti institutlarının güclənməsi, başqa sözlə, sosial məsuliyyətin təşviqi və maarifləndirmə yönündə gördüyünüz işlər təqdirəlayiqdir.
Respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinizə görə 15 iyul 2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı əsasında “Fəxri Diplom” ilə, habelə bir sıra ictimai mükafatlarla təltif edilmisiniz.
Sizə möhkəm cansağlığı, iş avandlığı, mənəvi dəyərlərin təbliği və ümumən ictimai fəaliyyətdə yeni uğurlar arzulayıram!
Yubileyiniz mübarək olsun!”
Mənbə: Turkustan.Az