ELM VƏ TƏHSİL

Naxçıvanda ilk dəfə olaraq həyata keçirilən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə yekun vurulub.

Noyabrın 30-da Babək rayon Nehrəm Qəsəbə 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsinin yekun tədbiri keçirilib.

E️lminfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi tədbirdə ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri musiqi, rəqs nümunələri ilə çıxış ediblər. Tədbirdə dərnək üzvülərinin əl işlərindən ibarət “Tullantıdan sənətə” adlı sərgisi də təşkil olunub. Sonda tədbir iştirakçıları məktəbin ərazisinə müxtəlif meyvə tingləri əkiblər.

Qeyd edək ki, bu gün “Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın bütün ümumtəhsil müəssisələrinin ərazilərində pedaqoji kollektivlərin, şagirdlərin, valideyinlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyaları keçirilib.

Məlumat üçün bildirək ki, cari ilin mart ayının əvvəllərindən start verilən ”Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10 min meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulmuşdur ki, yaz mövsümü ərzində 4 min, payız mövsümü ərzində isə 6 min ting əkini aparılıb və layihə uğurla icra olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir