Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.
Qeyd edək ki, müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə 25, katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb.
Namizədlər vakant vəzifələrlə bağlı məlumatla aşağıdakı linklərdən tanış ola bilərlər.