Nazir: 2024-2025-ci tədris ili üzrə Naxçıvana 147 mindən artıq dərslik gətirilib
2024-2025-ci tədris ili üzrə 147 mindən artıq dərslik muxtar respublikaya gətirilib və ümumtəhsil məktəblərinə paylanılıb.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O həmçinin bildirib ki, muxtar respublika Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 3306 uşaq elektron qeydiyyatdan keçib və onlar üçün 2931 aktiv sorğu yerləşdirilib.
“Naxçıvanda cari tədris ilinə hazırlıq çərçivəsində bu günə kimi birinci sinfə qəbul məqsədi ilə 3715 uşağın sorğusu yerləşdirilib”, – nazir əlavə edib.