GÜNDƏM

Nazir Emin Əmrullayev Abşeronda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 15-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri martın 11-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.