ELM VƏ TƏHSİL

Nazir: Naxçıvanda təhsil sahəsində çalışan 5 nəfər işdən çıxarılıb, 31-nə töhmət verilib

2023-2024-cü tədris ili üzrə Naxçıvan Muxtar Respublikası təhsil nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin 5 əməkdaşı vəzifəsindən azad olunub.
Bunu “Report”un yerli bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

O qeyd edib ki, monitorinq nəticələrinə əsasən Nazirliyə tabe qurumların əməkdaşlarından 3 əməkdaşa şiddətli töhmət, 31 əməkdaşa töhmət elan olunub, 5 əməkdaş isə vəzifədən azad olunub.