Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keyfiyyəti Elm və Təhsil Nazirliyini qane edir.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, daim Dövlət imtahan Mərkəzi ilə əməkdaşlıq edilir:
“Sualların çətinliyi ilə bağlı hər zaman fərqli rəylər olur. Çətin sual o zaman olur ki, onu bilmirsən. Bütün hallarda hər zaman təhlillərimiz olur”.
Mənbə: Report.Az