ELM VƏ TƏHSİL

Nazir: Qızılca ilə bağlı tədris prosesi dayandırılarsa, uşaqları təhsildən ayırmış olarıq

Ümumtəhsil müəssisələrində son aylar ərzində qızılca virusunun yayılması prosesi yaxından izlənilib və təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının məqsədəmüvafiq olmadığı qərara alınıb.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, ölüm hallarının olması peyvəndləmənin aparılmaması ilə əlaqədardır: “Biz tədris prosesini dayandırmaqla uşaqları təhsildən kəsmiş olacağıq. Hazırda müşahidə olunan hallar 7-10 il əvvəl aparılmayan peyvəndlənmənin nəticəsidir. Valideynlərin övladlarını müvafiq səhiyyə qurumlarının reqlamentləri əsasında peyvəndləməyə aparması lazımdır. Əks halda belə xoşagəlməz hallar davam edəcək. Qızılca yoluxusu xəstəlikdir, peyvənd yolxumanın qarşısını alır”.