GÜNDƏM

Nazir: Türkiyə-Azərbaycan Universitetinə ayrılacaq bina haqqında yaxın bir həftə ərzində məlumat veriləcək

Bakı, 29 fevral, AZƏRTAC

Türkiyə-Azərbaycan Universitetinin binası üçün Bakıda bir neçə binaya baxış keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. Nazir bildirib ki, tələbə sayı növbəti illərdə artarsa, yeni kampus tikilə bilər: “Hazırda universitet üçün bina ayrılmayıb. Yaxın bir həftə ərzində bina haqqında məlumat veriləcək”.