GÜNDƏM

OMON Gənciyevin başına hansı oyunları gətirib? – Vəkili açıqlayır

Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.

Turkustan.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosu xəbər verir.

Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər.

Bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib.

Onun sözlərinə görə, Gənciyevə elektroşokla işgəncə verilib, ağır predmetlə döyülüb.

Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib: “Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək”.

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb: “Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslərin xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itirdikləri sübut olunsun”.









Mənbə: Turkustan.Az