ELMİ ANONSLAR

Özəl tərəfdaşlıq çərçivəsində 7 məktəb təmir edilir

Azərbaycanın üç rayonunda 7 məktəb təmir edilir.

“Report” xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Qeyd olunub ki, özəl tərəfdaşlıq çərçivəsində hazırda 7 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. Bunlardan 5-i Abşeron, 1-i Kürdəmir, 1-i isə Qubadlı rayonunda yerləşir.

Mənbə: Report.Az