GÜNDƏM

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.

Elminfo.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.

Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb: 

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”. (“Report” )