GÜNDƏM

Putin sükutu POZDU – Ukraynanı cəzalandırmaq üçün qorxunc plan İŞƏ DÜŞDÜ – SENSASİON DETALLAR

Rusiya Prezidenti Vladimir Putin Ukrayna xüsusi xidmət orqanlarının Rusiyadakı son əməliyyatlarını ilk dəfə şərh edib. O, Bryansk və Kursk vilayətlərində dəmiryol relslərinin partladılmasını terror aktı adlandırıb və bununla bağlı siyasi müstəvidə qərarların qəbul edildiyini bildirib:

“İstanbul danışıqları ərəfəsində rus mülki vətəndaşlarına qarşı törədilən cinayətlər onları pozmaq məqsədi daşıyırdı. Artıq qeyri-legitim olan Kiyev rejimi terror təşkilatına çevrilir. Və onlar sülhə qətiyyən ehtiyac duymur. Çünki bu, onlar üçün güc itkisi demək olardı”.

Rusiya liderinin sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması Kiyev tərəfindən məcburi səfərbərlik və terror hücumlarının hazırlanması üçün istifadə olunacaq:

“Son hücumlardan sonra Ukrayna ilə sammitin və atəşkəsin mümkünlüyünə şübhə edirəm”.

Beləliklə, Putin Ukrayna hakimiyyətini terrorçu adlandıraraq danışıqlardan faktiki olaraq imtina edə biləcəyini və Ukraynaya cavab zərbəsinin endiriləcəyini elan edib.

Belə olan halda nə baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Kreml mövcud durumda bir tərəfdən Kiyevlə danışıqlardan imtina edəcək, digər tərəfdən də Ukraynanı cəzalandırmaq yolunu tutacaq:

“Son proseslərdən sonra Rusiyanın Ukraynaya cavab verəcəyinə heç bir şübhə yoxdur. Ukraynanın Rusiyanın içərilərinə etdiyi hücumlardan dərhal sonra Moskvanın İstanbul görüşündə iştirakını proqnozlaşdırmaq da mümkün deyildi. Amma gördüyümüz kimi Moskva bu görüşdə iştirak etdi. Görünən odur ki, Kiyevə adekvat cavab vermək üçün müəyyən bir dönəmi seçməli idi.

Mövcud durumda görüşlərə qatılmaqla Moskva həm də beynəlxalq aləmdə dağıdıcı tərəfin özü olmadığı barədə rəy yaratmaq istəyirdi. Buna da nail oldu. Rusiya Ukraynanın bu hücumunu heç zaman cavabsız qoymayacağı ilə bağlı mövqe sərgiləməli idi ki, artıq bu mövqeyini də göstərəcək”.

Ekspert qeyd edir ki, Putinin həmin açıqlaması bir tərəfdən, danışıqlardan imtina, digər tərəfdən isə Ukraynanın cəzalandırılmasına başlanılması anlamına gəlir:

“İndi görək taktiki zərbə başlıqları kimi Ukraynaya qarşı nələrdən istifadə edəcək. Proses məhz buna doğru gedir”.









Mənbə: Turkustan.Az