ELM VƏ TƏHSİL XƏBƏRLƏRİ

Qəbul imtahanlarında 200-dən aşağı bal toplayanlar azalıb

2024-cü ildə I–IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balları üzrə statistika məlum olub.

Bakuplus.az Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayına istinadən xəbər verir ki, ötən il imtahanda iştirak edən abituriyentlərin 41,44 faizi 200 baldan az nəticə göstərib.

İmtahan nəticələrinə əsasən, abituriyentlərin 200 baldan az toplayanları 41,4%, 200–300 aralığında bal toplayanlar 20,9%, 300–500 bal aralığında olanlar 26,4%, 500–700 bal aralığında nəticə göstərənlər isə 11,3% təşkil edib.

Ötən il bu göstəricilər müvafiq olaraq 46,3%, 21,1%, 24,8% və 7,9% olub.

Mənbə: BakuPlus.Az