Qazax rayonunda “Qərbi Azərbaycan: Gənclərin gözü ilə” mövzusunda məlumatlandırma sessiyası keçirilib
Qazax rayonunda “Qərbi Azərbaycan: Gənclərin gözü ilə” mövzusunda məlumatlandırma sessiyası keçirilib.
Elminfo.az westaz.org.az-a istinadən xəbər verir ki,Qazax Ədəbiyyat Muzeyində təşkil olunan tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qazax RİH başçısı Rəcəb Babaşov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa üzrə nümayəndəsi Əbülfəz Qafarov, Qərbi Azərbaycan İcmasının Qəmərli rayon İcmasının gənclərlə iş üzrə məsul şəxsi Rəna Qəfərova, AYB Qazax bölməsinin sədri Barat Vüsal və AYB-nin üzvü, şairə Tamella Poladlı mövzuya dair geniş məruzələrlə çıxış ediblər.
Qərbi Azərbaycan İcmasının təşkilatlanma işlərinin həyata keçirilməsi, Qayıdış Konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında qısa zamanda İcma tərəfindən Qayıdış Konsepsiyası qəbul olunub. Soydaşlarımızın öz doğma torpaqlarına geri qayıdışı uğrunda yorulmaz daxili və beynəlxalq fəaliyyətə start verilib. Şəhər, rayon və kənd icmalarının Qərbi Azərbaycan İcması ətrafında birləşməsi ilə İcmanın yenidən təşkilatlanması prosesi daha da intensiv hal alıb. Qazax rayonu üzrə icma nümayəndəliyi üçün ayrılmış iş otağı ilə tanışlıq olub.