GÜNDƏM

Qazaxın kəndlərini Prezidentə məruz edən general Sultanov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl general-mayor Vüsal Sultanov Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə edib.

Elminfo.az Turkustan.az-a istinadla general-mayor Vüsal Sultanovun dosyesini təqdim edir:

Vüsal Eynulla oğlu Sultanov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.

O, Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Vüsal Sultanov vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci ,ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur.

DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov bu gün xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir.