GÜNDƏM

QHT gəncləri könüllük fəaliyyəti ilə bağlı maarifləndirib

“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Könüllü sosial xidmətçilik” layihə çərçivəsində Yasamal rayonunda Könüllü sosial xidmət göstərmək İyun ayının 25-i 1 Nömrəli Bakı Tibb kollecində baş tutub. Tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi, böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbəsi, Könüllü Təbib layihəsinin üzvü Nigar Rüstəmova, 1 nömrəli Bakı Tibb kollecinin, Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli, 1 nömrəli Bakı Tibb kollecin əməkdaşları, tələbələr iştirak edib.
Layihə rəhbəri, eyni zamanda “Dayaq” Sosial Maarifləndirmə İB-in sədri Hicran Əliməmmədova çıxışında layihənin məqsədini öz təcrübəsini, bilik və bacarığını, əhatə dairəsini genişləndirmək və gələcəyini qurmaq istəyən hər bir şəxsin özünü könüllü olaraq cəmiyyətdə hazırlaşdırması vacib məsələdir. Əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq uzun müddət davam etdirmək, eləcə də layihənin məqsədi bütün regionlarda yayılması üçün təşkilat tərəfindən nəzərdə tutulur. Çünki sosial layihəni həyata keçirilməsində, kimsəsiz və yaşlı insanlara qayğı göstərməkdə, icma işlərində və s. fəaliyyətlərdə könüllülərə ciddi ehtiyac duyulur. Tədbirin əvvəlində tələbələrə dəftərxana ləvazimatları paylanılıb.