Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciət vaxtı uzadılıb
Sosial şəbəkədə köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlər müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar səsləndirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iddia edilən nüans təsdiqini tapmayıb.
“Lakin vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq müraciət tarixi iyulun 9-u saat 12:00-a qədər uzadılıb”, – Agentliklərdən bildirilib.
Qeyd edək ki, müraciət tarixi 7 iyul saat 18:00-da yekunlaşıb.
Mənbə: Report.Az