Rektor: Azərbaycan və ŞKTC universitetləri arasında əməkdaşlıq üçün ilk addımlar atılmağa başlanılıb
Azərbaycan universitetlərinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) universitetləri ilə də əməkdaşlığı üçün ilk addımlar atılmağa başlanılıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetdə ŞTC Prezidenti Ersin Tatara Fəxri Doktor Diplomunun təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, təhsil və tədqiqatlar sahəsində əməkdaşlıq dövlətlər arasında dostluq və etibarı daha da gücləndirəcək:
“Artıq bir sıra Şimali Kipr universitetləri ilə qarşılıqlı səfərlər olub və əməkdaşlıq planları müzakirə edilib. Ersin Tatarın bu prosesə göstərdiyi siyasi və mənəvi dəstək gələcəyə daha böyük inam yaradır”.
Mənbə: Report.Az